Hacıqabulda Region Gənclərinin I Sağlamlıq Forumu keçirilib - FOTO - VİDEO

Hacıqabulda Region Gənclərinin I Sağlamlıq Forumu keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 07 fevral 2014 09:42 (UTC +04:00)

Hacıqabul. Əlibəy Zeynallı - APA. Hacıqabul rayonunda region gənclərinin I Sağlamlıq Forumu keçirilib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, forum Gənclər və İdman Nazirliyinin Hacıqabul rayon Gənclər və İdman İdarəsi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası və Gənclər Üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Foruma bölgədə yerləşən ətraf rayonların gəncləri toplanıb. Gənclər arasında narkotik vasitələrin yayılmasının qarşısını almaq, bu istiqamətdə preventiv tədbirlərin həyata keçirmək və maarifləndirmə işlərinin aparılması forumun əsas məqsədlərindən biri olub. Forumda gənclər arasında sağlam gənclik modelinin müzakirəsi prioritet mövzu olaraq seçilib.

Forumun sonunda yerli icra strukturlarına tədbir iştirakçıları tərəfindən hazırlanmış təqdimat paketləri göndərilib. Tədbirdə Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Gənclər Üçün Təhsil Mərkəzinin səlahiyyətli nümayəndələri, təhsil işçiləri və region gəncləri iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR