Rüşvətxorluqda təqsirləndirilən sabiq bələdiyyə sədri və onun müavininin  şikayəti üzrə məhkəmə başlayıb

Rüşvətxorluqda təqsirləndirilən sabiq bələdiyyə sədri və onun müavininin  şikayəti üzrə məhkəmə başlayıb
# 02 aprel 2014 09:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində rüşvətxorluqda təqsirləndirilən Binə qəsəbə bələdiyyəsinin sabiq sədri Babaxan İsayev və onun müavini Əlisa Panayevin apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib.


APA-nın məlumatına görə, prosesdə anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası aprelin 8-nə təyin edilib.


Məlumata görə, Babaxan İsayev öz xidməti otağında müavini Əlisa Panayevlə birgə vətəndaşdan rüşvət alarkən saxlanılıblar. Onların yaşadıqları ünvanda, Binə bələdiyyəsinin inzibati binasında və onların istifadəsində olan digər saxlanc yerlərində aparılmış axtarış zamanı üzərinə Binə qəsəbə nümayəndəliyinin və digər təşkilatların möhür və ştampları vurulmuş boş blanklar, habelə Bakı şəhəri “Su təsərrüfatı” kiçik müəssisəsinin, 1 №-li Mənzil-tikinti kooperativinin və ayrı-ayrı dövlət orqanlarına məxsus möhür və ştamplar aşkar edilərək götürülüb.

Törətdikləri cinayət əməllərinə görə Babaxan İsayev və Əlisa Panayevə Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma) maddəsi ilə ittiham elan olunub, barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B. İsayev 9 il 6 ay , Ə. Panayev isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR