Azərbaycan XİN: İtaliyanın “Moschino” şirkəti Dağlıq Qarabağda istehsala başlamaq niyyəti barədə yayılan xəbərləri təkzib edib

Azərbaycan XİN: İtaliyanın “Moschino” şirkəti Dağlıq Qarabağda istehsala başlamaq niyyəti barədə yayılan xəbərləri təkzib edib
# 17 oktyabr 2013 12:38 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, oktyabrın 14-də “Moschino” şirkəti Azərbaycan tərəfinə məktub göndərib: “Məktubda deyilir ki, bu məlumat əsası olmayan dezinformasiyadır. Şirkət Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda istehsala başlamaq niyyətində deyil və belə niyyəti də olmayıb. Ermənistan KİV-də adı çəkilən Antonella Qambanın isə “Moschino” şirkətinə aidiyyəti yoxdur”.

Qeyd edək ki, bundan əvvəl “Versace”, “Armani” və “Prada” kimi İtaliya şirkətləri də Dağlıq Qarabağda istehsala başlamaq niyyəti barədə Ermənistan KİV-də yayılan xəbərləri təkzib edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR