Azərbaycan parlamentinin vitse-spikeri: “Suriya erməniləri Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılır”

Azərbaycan parlamentinin vitse-spikeri: “Suriya erməniləri Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılır”
# 16 may 2014 07:19 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “ATƏT-in Minsk Qrupu həmsədrlərinin Laçın və Kəlbəcərə səfəri Azərbaycan üçün də maraqlıdır”. APA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova söyləyib.

B.Muradova deyib ki, əvvəllər də ATƏT-in Faktaraşdırıcı Missiyası bölgədə olub, işğal altındakı torpaqlarda vəziyyət, Ermənistanın həyata keçirdiyi vandal hərəkətləri qeydə alıb: “Uzun müddət idi ki, Azərbaycan işğal altındakı ərazilərə belə bir missiyanın gəlişini tələb edirdi. Çünki işğal altındakı ərazilərdə qeyri-qanuni məskunlaşdırma aparılır. Suriyadan gələn erməni köçkünlər, dünyanın başqa ölkələrindən gələn ermənilər məcburi qaydada Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılır. Bu da beynəlxalq konvensiyalara ziddir. Bu məsələ Azərbaycan tərəfindən beynəlxalq təşkilatlar, o cümlədən ATƏT qarşısında qaldırılıb. İndi ATƏT-in Minsk Qrupunun həmsədrləri Laçın və Kəlbəcərə səfər edəcəklər. Düşünürəm ki, söylədiklərimizə bir daha yerində əmin olacaqlar və bu faktlar onların hesabatlarında əksini tapacaq. Çox arzulayardıq ki, həmsədrlərin Laçın və Kəlbəcərə səfəri qeydə alınmış faktlardan, hazırkı durumdan konkret nəticələrə gətirib çıxaran fəaliyyətə və hərəkətə səbəb olaydı”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR