Azərbaycanın pərakəndə ticarət mallarının ehtiyatları indeksi kəskin azalıb

Azərbaycanın pərakəndə ticarət mallarının ehtiyatları indeksi kəskin azalıb
# 27 may 2013 12:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektləri üzrə mal ehtiyatları indeksi 2013-cü ilin aprel ayında 88,5% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici mart ayına nisbətən 29,9 faiz bəndi azalıb.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır.

Göründüyü kimi, azalmaqla yanaşı indeks 100%-dən aşağı səviyyədədir. Bu isə mal qalıqlarının aylıq müqayisədə azalmasını göstərir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2013-cü il mayın 1-nə 189,0 mln. manat, aprelin 1-nə 213,5 mln. manat, martın 1-nə 180,4 mln. manat təşkil edib.

Aprel ayında mal qalıqlarının azalması mal təchizatının zəifləməsi ilə əlaqədar olub. Belə ki, apreldə mart ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsində 1 683,8 mln. manatdan 1 356,4 mln. manata qədər azalma baş verib və bununla da mal ehtiyatlarının azalmasında ticarət əməliyyatlarının güclənməsi amilinin rolu olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR