Yaponiya Urmiya gölünün qurumasının qarşısının alınması üçün İranla əməkdaşlığa hazır olduğunu bildirib

Yaponiya Urmiya gölünün qurumasının qarşısının alınması üçün İranla əməkdaşlığa hazır olduğunu bildirib
# 11 noyabr 2013 13:00 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Yaponiya Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılmasına yardımçı olmaq istəyir. APA-nın İran prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Yaponiyanın xarici işlər naziri Fumio Kişida bildirib.

Yaponiya XİN rəhbəri İran prezidenti Həsən Ruhani ilə görüşündə rəsmi Tokionun Tehranla Urmiya gölünün qurumasının qarşısının alınması başda olmaqla, zəlzələ, narkotik maddələrin qaçaqmalçılığı ilə mübarizə, ekoloji problemlər, enerji resursları və su ehtiyatlarının mühafizəsi sahəsində əməkdaşlığa hazır olduğunu söyləyib.

Qeyd edək ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi 5,822 kv.km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR