Nazir müavini: “BakuBus” özəl daşıyıcıların işə daha məsuliyyətlə yanaşmasına imkan yaradacaq”

Nazir müavini: “BakuBus” özəl daşıyıcıların işə daha məsuliyyətlə yanaşmasına imkan yaradacaq”
# 13 may 2014 14:21 (UTC +04:00)

Bunu “APA-Economics”ə nəqliyyat nazirinin müavini Musa Pənahov son vaxtlar “BakuBus” MMC-nin yaradılması ilə qurumun səlahiyyətlərinin azaldılmasına dair sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, “BakuBus” MMC-nin yaradılması rəqabətdə xidmətin səviyyəsinin artırılmasında çox vacib və lazımlı bir addımdır: “MMC-nin də nəqliyyat vasitələri xəttə buraxılacaq və bu xətdə xidmət göstərəcəklər. Hesab edirəm ki, Bakı Şəhər İcra Hakimiyyəti burada xidmətin keyfiyyətinin artırılması üçün öz addımlarını atacaq”.

M.Pənahov qeyd edib ki, bu gün paytaxtda marşrutlarda 30-a yaxın daşıyıcı var: “Bunlarda biri və eyni zamanda daha böyüyü “BakuBus” MMC olacaq. Bu da xidmətin səviyyəsinin artmasına köməklik göstərəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR