Çoban Xanışın oğlu həyat yoldaşını öldürüb - VİDEO

Çoban Xanışın oğlu həyat yoldaşını öldürüb - <span style="color: red;">VİDEO
# 07 may 2014 07:40 (UTC +04:00)

Lerik Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Lerik şəhəri, Baxışov küçəsi ev 6 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan, 1974-cü il təvəllüdlü Nazim Xanış oğlu Şahıyev ailədaxili münaqişə zəminində həyat yoldaşı, 1975-ci il təvəllüdlü Səkinə Şaban qızı Əliyevanı bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən N. Şahıyev tutulub.

Faktla bağlı Lerik Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, qətli törədən N. Şahıyev “Çoban Xanış” kimi tanınan Xanış Şahıyevin oğludur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR