Azərbaycanın Tacikistandakı səfirliyində 28 may–Respublika Günü münasibəti ilə mətbuat konfransı keçirilib

Azərbaycanın Tacikistandakı səfirliyində 28 may–Respublika Günü münasibəti ilə mətbuat konfransı keçirilib
# 24 may 2014 16:36 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Tacikistandakı səfirliyində 28 may–Respublika Günü münasibətilə mətbuat konfransı keçirilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, konfransdan öncə Respublika Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Səfir Abbasəli Həsənov şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi, cümhuriyyətin qurucularının fəaliyyəti və uğurları barədə danışıb, AXC-nin şərqdə ilk parlamentli respublika olmasının əhəmiyyəti barədə ətraflı məlumat verib.

Azərbaycan-Tacikistan münasibətlərinə toxunan A.Həsənov iki ölkə arasında münasibətlərin müsbət məcrada inkişaf etdiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR