“Qəbələ” 2014-cü ilin ilk turunun qalibi olub

“Qəbələ” 2014-cü ilin ilk turunun qalibi olub
# 02 fevral 2014 19:49 (UTC +04:00)

Bakı-APA. Topaz Premyer Liqasında 2014-cü ilin ilk turu başa çatıb. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən 4 matçla III dövrənin açılış həftəsinə yekun vurulub.

XIX tur lider dəyişikliyi ilə nəticələnib. “Qarabağ”ın bir gün əvvəl uduzmasından izləyiciləri maksimum yararlanıb. “Qəbələ” səfərdə “Sumqayıt”ı 3 cavabsız qolla darmadağın edib. Bu qələbə Yuri Syominin yetirmələrini zirvəyə daşıyıb.

“Neftçi” daha güclü rəqibi – “Simurq”u eyni hesabla – 3 cavabsız qolla məğlub edib. “Neftçi” öz meydanında qazandığı 3 xalla ikinci pilləyə yüksəlib.

“Sumqayıt” kimi digər autsayder “Rəvan” da darmadağınla üzləşib. Paytaxt təmsilçisi “Bakı” önündə aşkar aciz qalıb. Paytaxtın eyniadlı təmsilçisi mövsümdə ikinci dəfə həmşəhərlilərinə 5 qol vurub.

Tura “İnter” və AZAL arasında paytaxt derbisi ilə yekun vurulub. “İnter” çətin qələbə qazanmaqla 4-cü pillədəki mövqeyini qoruya bilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR