Bu ay Azərbaycanda 9 nəfəri ilan sancıb

Bu ay Azərbaycanda 9 nəfəri ilan sancıb
# 30 may 2013 09:23 (UTC +04:00)

Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, mərkəzə ilan sancması diaqnozu ilə 9 xəstə gətirilib. Onun sözlərinə görə, onlardan 8 nəfəri ilkin yardım edildikdən sonra evə buraxılıb: “Lakin bir uşaq ilan dişləməsindən sonra hələ də mərkəzdə müalicə alır. Ayağı şişkin olduğu üçün onunla cərrahlar məşğul olur. Fizulidən gətirilən xəstənin 13 yaşı var”.

Ötən ilin müvafiq dövrü ilə müqayisəyə gəlincə, A. Maqsudov qeyd edib ki, bu ilin may ayında ilan sancması hadisələrinin sayı azdır. Qeyd edək ki, ötən ilin may ayında 14 belə hadisə qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR