YAP 31 mart soyqırımı ilə bağlı tədbir keçirib - FOTO - VİDEO

YAP 31 mart soyqırımı ilə bağlı tədbir keçirib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 29 mart 2014 10:53 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Bakıda Yeni Azərbaycan Partiyasının (YAP) Humanitar məsələlər komissiyasının təşkilatçılığı ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, YAP Humanitar məsələlər komissiyasının sədri Yusif Hümbətov bildirib ki, azərbaycanlılara qarşı törədilən soyqırımlarda məqsəd tarixi Azərbaycan ərazilərində erməni vilayətləri yaratmaq olub.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib ki, Türkmənçay müqaviləsində İran və Osmanlı imperiyasındakı ermənilərin Qarabağ və İrəvana köçürülməsi barədə şərt yer alıb. O qeyd edib ki, Heydər Əliyev tərəfindən 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı müvafiq fərman imzalanması mühüm tarixi addımdır: "Prezident İlham Əliyev xalqımıza qarşı törədilmiş soyqırımların araşdırılmasını xüsusi diqqət mərkəzində saxlayır, bununla bağlı Tarix İnstitutuna tövsiyələr verir. Prezidentimiz Novruz bayramı ilə bağlı son çıxışında da bəyan etdi ki, bayrağımız tək Şuşada və Laçında dalğalanmayacaq, azərbaycanlılar bütün tarixi torpaqlarına qayıdacaqlar".

Y. Mahmudovun sözlərinə görə, dövlət səviyyəsində azərbaycanlılara qarşı soyqırım 1918-ci ildə Stepan Şaumyan və Azərbaycanın tarixi ərazilərində yaradılmasına icazə verilmiş Ermənistan Respublikası tərəfindən törədilib: "Şaumyanın əməlləri xalqımıza qarşı böyük cinayət idi. Ermənistan isə həmin vaxt ermənilərə verməyə razılaşdığımız İrəvan quberniyası ərazisində yaradılmışdı. Məhz buna görə də Fətəli xan Xoyiski o dövrdə bəyan etmişdi ki, azərbaycanlılara qarşı soyqırım dayandırılmazsa, İrəvan geri alınacaq"

Tədbir çıxışlarla davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR