Azərbaycanda havanın hərarəti 26 dərəcəyədək yüksələcək

Azərbaycanda havanın hərarəti 26 dərəcəyədək yüksələcək
# 11 oktyabr 2013 13:03 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamenti aqrometeoroloji şərh açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, oktyabrın 11-dən 13-dək respublikanın rayonlarında nisbətən mülayim-isti sabit və əsasən yağmursuz hava şəraiti gözlənilir. Kənd təsərrüfatı bitkiləri, o cümlədən pambığın yetişməsi üçün istilik kifayət qədər olacaq. Mərkəzi-Aran rayonlarında havanın temperaturu 21-26 dərəcə isti təşkil edəcək. Buna baxmayaraq, pambığın yetişmə sürətinin adi vaxtlardan geri qalması davam edəcək. Hava şəraiti ümumən pambığın yığımı və qurudulması, üzüm və meyvə bağlarında məhsulun yığımı, həmçinin qışlaqlarda ot örtüyünün boy atması və payızlıq dənli bitkilərin səpini üçün əlverişli olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR