Bakının Neftçilər prospektində yol qəzası baş verib - FOTO - VİDEO

Bakının Neftçilər prospektində yol qəzası baş verib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 05 mart 2014 22:02 (UTC +04:00)

APA-nın məlumatına görə, Dəniz Vağzalı yaxınlığında "90 GT 938" dövlət nömrə nişanlı "Opel Astra" markalı avtomobillə "10 NF 384" nömrəli "Toyota Corolla" toqquşub.

Toqquşmanın təsiri güclü olduğundan hər iki avtomobil yoldan çıxaraq yaxınlıqdakı tikintinin hasarına çırpılıb. Qəzada sürücülər xəsarət almasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Səbayel Rayon Şöbəsinin əməkdaşları gəliblər. Hər iki sürücü içki müayinəsindən keçirilib.

Hadisəyə səbəb kimi "Opel Astra" markalı avtomobilin sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi göstərilib.

Faktla bağlı Dövlət Yol Polisinin Səbayel Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR