Bərdədə mebel mağazası, Abşeronda taxta sexi yanıb

Bərdədə mebel mağazası, Abşeronda taxta sexi yanıb
# 31 yanvar 2014 05:08 (UTC +04:00)

Bakı-APA. Gecə saatlarında respublika ərazisində bir neçə yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisələrdən biri Bərdə şəhərində vətəndaşa məxsus ümumi sahəsi 36 kv.m olan mebel mağazasında baş verib. Nəticədə, mağazanın lambirdən ibarət tavanının yanar konstruksiyaları 36 kv.m sahədə və mağazada olan mebellər 18 kv.m sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Daha bir yanğın hadisəsi Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan taxta sexdə baş verib. Nəticədə, sexin dam örtüyünün və sexin içində olan 5 ədəd dəzgahın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı kafe yanğından mühafizə olunub. Yanğın saat 01:26-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR