Dövlət Film Fondunda xalq artisti Məlik Dadaşovun 90 illik yubileyi qeyd olunub

Dövlət Film Fondunda xalq artisti Məlik Dadaşovun 90 illik yubileyi qeyd olunub
# 03 iyun 2014 16:47 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Dövlət Film Fondunda Azərbaycanın xalq artisti Məlik Dadaşovun 90 illik yubileyinə həsr olunmuş xatirə tədbiri keçirilib.

Fonddan APA-ya verilən məlumata görə, tədbirdə Kinematoqrafçılar İttifaqının katibi, rejissor Cəmil Quliyev, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinoşünas Aydın Kazımzadə, xalq artisti, aktyorun qardaşı qızı Brilliant Dadaşova, operator Kənan Məmmədov və başqaları çıxış edərək, M.Dadaşovun sənəti, həyat və yaradıcılığı haqqında xatirələrini danışıblar.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə keçirilib.

Xatirə tədbirində Məlik Dadaşova həsr edilmiş fotosərgi nümayiş etdirilib, çəkildiyi filmlərdən kadrlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR