İsrail Qəzza zolağını raket atəşinə tutub

İsrail Qəzza zolağını raket atəşinə tutub
# 12 mart 2014 23:16 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu İsrail baş nazirinin rəsmi nümayəndəsi Ofer Qendelman bəyan edib.

“İsrailin hərbi-hava qüvvələri Qəzza zolağında terrorçuların 29 obyektini raket atəşinə tutub”, deyə Qendelman bildirib.

Fələstin mənbələrinə görə, hava hücumlarına Rafax və Xan-Yünis şəhərləri məruz qalıb. İlkin məlumatlara görə, Qəzza zolağının cənubunda yerləşən Rafaxda “İslam cihadı”nın iki bazası partladılıb. Ölən və xəsarət alanlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR