Qusar sakini Lənkəranda elektrik cərəyanı vurmasından ölüb - FOTOSESSİYA - VİDEO

Qusar sakini Lənkəranda elektrik cərəyanı vurmasından ölüb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 24 aprel 2014 11:07 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran rayonunda bədbəxt hadisə baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 12.30 radələrində rayonun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. Mobil operatorlardan birinin əməkdaşı olan Qusar rayon sakini Aslan Qarabəy oğlu Murməmmədov kənddəki ötürücü stansiyada iş başında olarkən transformatorda elektrikin cərəyanının olmadığını zənn edərək ona toxunub və nəticədə hadisə yerindəcə dünyasını dəyişib.

Hadisə yerinə dərhal rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları gələrək araşdırmalara başlayıblar. Meyit isə müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR