AMEA öz Nizamnaməsini dəyişir

AMEA öz Nizamnaməsini dəyişir
# 03 dekabr 2013 09:36 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizamnaməsi yenidən hazırlanır. Bu barədə APA-ya AMEA-nın Nizami Adına Ədəbiyyat İnstitutunun mətbuat qrupunun rəhbəri Ağahüseyn Şükürov məlumat verib.

AMEA Rəyasət Heyətinin oktyabrın 17-də qəbul etdiyi qərarda məqsəd AMEA-nın Nizamnaməsinin müstəqil Azərbaycanın dövlətçilik prinsiplərinə, elm sahəsində, xüsusən Milli Elmlər Akademiyasında gedən islahatlara hüquqi təminat verə biləcək yekun bir sənədə çevrilməsini təmin etməkdən ibarətdir.

Vitse-prezident, akademik İsa Həbibbəylinin sədrliyi ilə keçirilmiş iclasda akademiyanın Nizamnaməsinin yenilənməsi zərurəti vurğulanıb. İ. Həbibbəyli bildirib ki, bununla bağlı yaradılmış komissiyaya akademiyanın ayrı-ayrı struktur bölmələrindən, tanınmış alimlərdən 23 təklif daxil olub. Komissiyanın aldığı təkliflər və qeydlər Nizamnamənin bütün bölmələrini əhatə edir. Bundan başqa, komissiya Polşa, Bolqarıstan, Rusiya, Qazaxıstan, Belarus və Ukrayna elmlər akademiyalarının da Nizamnamə təcrübələrini öyrənib.

İclasda çıxış edən komissiya üzvləri AMEA-nın Nizamnaməsini əsaslı şəkildə təkmilləşdirmək ətrafında fikir və mülahizələrini bildirib, təkliflər irəli sürüblər.

Növbəti iclasda AMEA-nın Nizamnaməsinin yenilənmiş tam mətninin hazırlanıb müzakirəyə çıxarılması təmin ediləcək.

Qeyd edək ki, AMEA-nın Nizamnaməsinin yenilənmiş yekun variantı dekabr ayının sonuna qədər akademiyanın prezidenti Akif Əlizadəyə təqdim olunmalıdır. AMEA-nın Rəyasət Heyəti yeni layihəni müzakirə etdikdən sonra məsələ illik ümumi yığıncağın müzakirəsinə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR