Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku - <span style="color: red;">VİDEO
# 30 aprel 2014 17:12 (UTC +04:00)
Bakı-APA. Biz çətinlikdən qorxan, işimizi yüngülləşdirməyi sevən cəmiyyətik. Müstəqillik dövründə Bakıda gerçəkləşdirilən son terror aktından danışarkən də işimizi yüngülləşdirmiş və leksikonumuza ADNA terroru deyə bir ifadə əlavə etmişik. Zaman keçdikcə - amma o qədər də çox zaman keçməyib - ADNA terroru deyə tirajladığımız bu kəlmə məsələnin mahiyyətini ucuzlaşdırıb. Amma Dövlət Neft Akademiyasında 12 günahsız insanın öldürülməsi ilə nəticələnən terror aktı ucuz, sıradan bir məsələ deyil. Fərda Qədirov, Qumaşyan və digərləri bu qlobal oyunun yalnız üzdə görünən (nə qədər aydın göründüyü də sual doğurur) piyadalarıdır. Oyunun şahı, vəziri, taxta arxasında əyləşən oyunçusu var. Oyunda əsas məqsəd rəqibə qalib gəlməkdir, 12 nəfərin ölümünə, 13 nəfərin yaralanmasına səbəb olan bu oyunda rəqib Türkiyə idi, ADNA terroru isə Türkiyə-Ermənistan münasibətlərini normallaşdırmağa çalışan qüvvələrin bu prosesə qarşı çıxan Azərbaycana mesajı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR