Səbinə Hüseynova: “Rafiq Hüseynov səsi və ümumi vəziyyəti normallaşan kimi jurnalistlərlə görüşəcək”

Səbinə Hüseynova: “Rafiq Hüseynov səsi və ümumi vəziyyəti normallaşan kimi jurnalistlərlə görüşəcək”
# 24 dekabr 2013 10:26 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında tanınmış diktor, xalq artisti Rafiq Hüseynovun xanımı Səbinə Hüseynova deyib.

Onun sözlərinə görə, bir neçə gündən sonra müayinə üçün akademik Əhliman Əmiraslanovla görüşəcəklər: “Türkiyədən gələndən sonra Əhliman müəllimlə görüşə bilməmişik. Rafiq bir az yaxşılaşsın, Əhliman müəllimin müayinəsinə ehtiyacımız olacaq. Rafiq hələlik havaya çıxa bilmir, evdə yavaş-yavaş gəzir. Səsi və ümumi vəziyyəti normallaşan kimi həm də jurnalistlərlə görüşəcək, onların bütün suallarını cavablandıracaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR