Azərbaycanda Müəllimlərin Sınaq Qiymətləndirilməsi bölgələrdə də tətbiq ediləcək - YENİLƏNİB

Azərbaycanda Müəllimlərin Sınaq Qiymətləndirilməsi bölgələrdə də tətbiq ediləcək - <span style="color: red;">YENİLƏNİB
# 12 iyun 2014 09:39 (UTC +04:00)

Belə bir diaqnostik qiymətləndirmə heç vaxt keçirilməyib. Hazırda Bakıda çalışan müəllimlərin sınaq qiymətləndirilməsinin həyata keçirilməsi mövcud potensialın müəyyən edilməsindən ibarətdir.

APA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat xarakterli mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sınaq qiymətləndirilmə təhsil sistemində qəbul olunmuş və geniş istifadə edilən alətdir. Nazir qeyd edib ki, bu sahədə qəbul olunan istənilən qərarın düzgün məlumata əsaslandırılması vacibdir:

“Bakıda fəaliyyət göstərən məktəblərin sınaq qiymətləndirmə 30 minə yaxın müəllimi əhatə edir. Növbəti mərhələdə Müəllimlərin Sınaq Qiymətləndirilməsi bütün ölkə ərazisində tətbiq ediləcək”.

Nazir qeyd edib ki, Azərbaycanın təhsil sisteminin idarəetməsində dəyişikliklər baş verib. Onun sözlərinə görə, idarəedənlərin nəzərinə ali, orta, peşə təhsili sistemində tələbkarlıq, müasir idarəetmə bilikləri, təhsil sisteminin əmək bazarındakı rolunun nədən ibarət olması çatdırılıb.

M.Cabbarov bildirib ki, yeni idarəedici nəslin hazırlanması istiqamətində işlər aparılır: “Pilot layihə olaraq Bakı şəhərində fəaliyyət göstərən məktəb direktorlarının 5 aylıq hazırlıq kursları başa çatıb və müvafiq namizədlər imtahan veriblər. Ümid edirik ki, həmin uğurla imtahanı verən gələcək məktəb direktorları və təhsil müəssisələrinin fəaliyyətində yeni yanaşmaların şahidi olacağıq. Buna Azərbaycan təhsilinin dərin köklərinə, keçmiş nailiyyətlərinə əsaslanaraq və müasirlik əlavə edilərək nail olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR