“ASAN xidmət” mərkəzlərində çalışmaq istəyənlər üçün müsabiqə aparılır

“ASAN xidmət” mərkəzlərində çalışmaq istəyənlər üçün müsabiqə aparılır
# 24 iyun 2014 07:28 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğunda çalışmaq istəyən şəxslər üçün müsabiqə elan edib. APA-nın xəbərinə görə, komissiyanın saytında (www.dqmk.gov.az saytında) yerləşdirilən elanda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri üzrə də vakant yerlər göstərilib.

Vakant yerlər cari il ərzində açılması nəzərdə tutulan Bərdə və Sabirabad “ASAN xidmət” mərkəzləri üzrə 10 vəzifə və 10 yer olmaqla qeyd olunub. Müvafiq vakansiyalarla bağlı əlavə məlumatları http://csc.gov.az/aze/elan/010414/HtmlOut/content5.html link vasitəsi ilə əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR