Dow Jones indeksi 0,02%, S&P 500 0,1%, Nasdaq 0,2% yüksəlib

Dow Jones indeksi 0,02%, S&P 500 0,1%, Nasdaq 0,2% yüksəlib
# 29 iyul 2013 06:34 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 15 559 bəndədək, S&P 500 0,1% - 1 692 bəndədək, Nasdaq 0,2% - 3 613 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına bir sıra daxili və xarici makroiqtisadi göstəricilər təsir edib. Belə ki, ABŞ-da istehlakçıların etimadı indeksinin iyun ayında 85,1 bəndə çataraq 6 illik maksimumu yeniləməsi, Yaponiyada isə iyun ayında 0,4% səviyyəsində illik inflyasiyanın qeydə alınması bazar iştirakçıları tərəfindən müsbət qarşılanıb.

Avropa fond bazarlarında iyulun 26-da FTSE 100 indeksi 0,5% - 6 555 bəndədək, Almaniya DAX-ı 0,7% - 8 245 bəndədək enib, Fransa CAC-40-ı 0,3% - 3 969 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 321,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3279 (+0,02%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR