Əli Əhmədov ABŞ konqresmeni ilə görüşüb

Əli Əhmədov ABŞ konqresmeni ilə görüşüb
# 23 sentyabr 2013 12:20 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr komitəsinin məsul üzvü Duqlas Sieylə görüşüb.

YAP-dan APA-ya verilən məlumata görə, görüşdə prezident seçkiləri ərəfəsində ümumi ictimai-siyasi durum haqqında fikir mübadiləsi aparılıb.

Ə. Əhmədov Azərbaycan prezidentinin seçkilərinə hazırlıqla əlaqədar YAP-ın həyata keçirdiyi seçki taktikası barədə qonağa ətraflı məlumat verib.

Görüşdə ABŞ-ın ölkəmizdəki səfirliyinin siyasət şöbəsinin əməkdaşı Qreqeri Filips iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR