Qax rayonunda ev yanıb, ev sahibinin meyiti tapılıb - VİDEO

Qax rayonunda ev yanıb, ev sahibinin meyiti tapılıb - <span style="color: red;">VİDEO
# 26 noyabr 2013 02:05 (UTC +04:00)

Qax. Vüqar Heydərov APA. Qaxda fərdi evdə yanğın olub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə noyabrın 25-də saat 23:00 radələrində rayonun Qaxinqiloy kəndində 1930-cu il təvəllüdlü Beroşvili Nikolay Mixayloviçə məxsus ümumi sahəsi 165 kv/m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evdə baş verib.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində Nikolay Beroşviliyə məxsus evin yanar konstruksiyaları və evin içərisindəki əşyalar yanaraq külə dönüb. Yanğının kəşfiyyatı zamanı 83 yaşlı ev sahibi, Nikolay Beroşvilinin yanmış meyiti aşkar edilib.

Evə bitişik tikililər və qonşu evlər yanğından mühafizə olunub. Qeyd edək ki, 83 yaşlı Nikolay Beroşvili evdə tək yaşayıb. Yanğının baş vermə səbəbləri bəlli deyil.

Faktla bağlı FHN-nin Qax rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR