Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşlarla görüşəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Qaxda vətəndaşlarla görüşəcək
# 06 noyabr 2013 14:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov noyabrın 15-də Qax rayonunda vətəndaşları qəbul edəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, S.Müslümov noyabrın 15-də Nazirliyin Qax rayon Əhalinin sosial müdafiəsi Mərkəzinin inzibati binasında bu rayonun, eləcə də Oğuz, Qəbələ, Şəki, Balakən və Zaqatala rayonlarının sakinləri ilə görüşəcək.

Qəbulda iştirak edəcək vətəndaşların Nazirliyin həmin rayon üzrə Əhalinin sosial müdafiə mərkəzlərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Qax rayonuna aparılıb gətirilmələri təmin ediləcək.

Vətəndaşlar qəbula yazılmaq üçün Nazirliyin Aparatına və Qax, Oğuz, Qəbələ, Şəki, Balakən, Zaqatala rayonları üzrə Əhalinin sosial müdafiəsi mərkəzlərinə müraciət etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR