İrəvanın mərkəzində etiraz aksiyası keçirilib, polislə etirazçılar arasında qarşıdurma olub

İrəvanın mərkəzində etiraz aksiyası keçirilib, polislə etirazçılar arasında qarşıdurma olub
# 06 fevral 2014 13:16 (UTC +04:00)

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları işəgötürənləri əməkdaşların maaşından pul tutmamağa, həmçinin müvafiq strukturları “Yığım pensiyaları haqqında” qanunun bəzi müddəlarının qüvvədən düşməsi haqda Konstitusiya Məhkəməsinin qərarına əməl etməyə çağırıblar.

Ermənistan Maliyyə Nazirliyi, habelə Nazirlər Kabineti binası önündə etirazçılar “Biabırçılıq”, “Biz ölkədən getmək niyyətində deyilik, bu bizim ölkədir” şüarları səsləndiriblər.

Bundan sonra aksiya iştirakçılar Dövlət Gəlirləri Komitəsi binasına doğru istiqamətləniblər. Burada onların yolunu polis əməkdaşları kəsiblər. Nəticədə qarşıdurma yaranıb. Buna baxmayaraq etirazçılar polis kardonunu yararaq binaya yaxınlaşa biliblər.

Aksiya təşkilatçıları etiraz aksiyalarının ölkənin digər bölgələrində keçiriləcəyini bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR