“Qızıl Kəlmə” ədəbi mükafatının təqdimatı keçirilib

“Qızıl Kəlmə” ədəbi mükafatının təqdimatı keçirilib
# 07 may 2013 09:29 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Qızıl Kəlmə" ədəbi mükafatının təqdimetmə mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən nazir Əbülfəs Qarayev mükafatın əhəmiyyəti və mahiyyəti barədə danışaraq bildirib ki, 2008-ci ildə təsis olunun “Qızıl Kəlmə” ədəbi mükafatı yaradıcılığa təkan vermək üçün hər iki ildən bir Heydər Əliyevin doğum günü ərəfəsində keçirilir. Nazir H.Əliyevin mədəniyyət sahəsindəki xidmətlərini qeyd edərək, onun həmişə ədəbi-bədii mühitin nümayəndələrinə, yazıçılara, mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıb.

Təqdimatın artıq 3-cü dəfə qeyd edildiyini vurğulayan Ə.Qarayevin sözlərinə görə, mükafat həm yaradıcılıq, həm tərcüməçilik, həm də ədəbi tənqidin inkişafına yönəlmiş bir addımdır: “Müəllif yaradıcılığının xalqa çatdırılması və qiymətləndirilməsi olduqca vacibdir. Müsabiqədə yeni nominasiyalardan biri də “Şans” adlanır. Bu, əsasən gənc müəlliflərə, yaradıcılıq sahəsində yeni olan ədiblərə onların yaradıcılığına təkan vermək və həvəsləndirmək məqsədilə təqdim olunur”.

Şair, əməkdar incəsənət xadimi Çingiz Əlioğlu müsabiqəyə ədəbi yaradıcılığın ən müxtəlif sahələri əhatə edən 4 nominasiya üzrə 30-dan çox əsərin qəbul edildiyini vurğulayıb.

Sonra müsabiqənin qalibləri olan 10 ədib mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR