Sabah BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi İrana səfər edəcək

Sabah BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi İrana səfər edəcək
# 25 oktyabr 2013 16:21 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi sabah İrana səfər edəcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, Ə.İbrahimi səfər çərçivəsində İran rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlərdə əsas müzakirə mövzusu Suriya böhranı və bu problemin həlli məqsədilə Cenevrədə keçirilməsi planlaşdırılan konfrans olacaq.

Qeyd edək ki, BMT-nin və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi nümayəndəsinin sonuncu dəfə İrana səfəri ötən ilin bu vaxtına təsadüf edib. Ümumiyyətlə, Ə.İbrahimi Suriya böhranı ilə bağlı keçirilməsi planlaşdırılan Cenevrə konfransına hazırlıq məqsədilə bundan əvvəl Misir, İraq, Küveyt və Türkiyədə səfərdə olub və İrandan sonra Suriyaya yola düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR