Azərbaycanın fövqəladə hallar naziri Latviya prezidenti və baş naziri ilə görüşüb

Azərbaycanın fövqəladə hallar naziri Latviya prezidenti və baş naziri ilə görüşüb
# 05 iyul 2013 12:44 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, səfər zamanı Latviya prezidenti Andris Berzinş K. Heydərovu qəbul edib.

Qəbul zamanı A. Berzinş Azərbaycanla Latviya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişaf etdiyini bildirib, mövcud əməkdaşlıq əlaqələrinin daha da inkişafı üçün səylərin artırılmasının vacibliyini vurğulayıb.

Öz növbəsində, K. Heydərov digər sahələrdə olduğu kimi, fövqəladə halların idarə edilməsi sahəsində də hər iki ölkənin mövcud potensialından səmərəli istifadənin əhəmiyyətindən danışıb.

Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Səfər zamanı Latviyanın baş naziri Valdis Dombrovskis K. Heydərovu qəbul edib.

V. Dombrovskis Azərbaycanla Latviya arasında bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirib.

K. Heydərov fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində mövcud birgə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər zamanı K. Heydərov və Latviyanın daxili işlər naziri Rihards Kozlovskis arasında da görüş keçirilmişdir.

Görüşdə fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq əlaqələrinin perspektivləri və bu sahədə hər iki ölkənin əldə etdiyi təcrübədən birgə yararlanmaq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra nazirliyin nümayəndə heyəti Latviyanın Daxili İşlər Nazirliyi və onun tabeliyində olan qurumların fəaliyyət ilə yaxından tanış olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR