Ağcabədidə 3 otaqlı ev yanıb

Ağcabədidə 3 otaqlı ev yanıb
# 03 aprel 2014 20:46 (UTC +04:00)

Bakı-APA. Ağcabədidə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Hindarx qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə, evin 1 otağında ev əşyaları 40 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları 120 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR