Gəncədə 76 yaşlı qadın intihara cəhd edib

Gəncədə 76 yaşlı qadın intihara cəhd edib
# 09 dekabr 2013 06:55 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhərində intihar cəhd edilib. APA-nın qərb bürosunun məlumatına görə, şəhər sakini, 1937-ci il təvəllüdlü Aidə Məmmədova ağır zəhərlənmə diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hazırda xəstəxananın reanimasiya şöbəsində müalicə alan qadının vəziyyəti ağır qiymətləndirilir. Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları araşdırma zamanı müəyyən ediblər ki, 76 yaşlı qadın yaşamaq istəmədiyini deyərək, danadişi zərərvericisini məhv etmək üçün istifadə edilən preparat içib.

Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR