Leninin mavzoleyi 4 aylıq təmirdən sonra açılıb - FOTO

Leninin mavzoleyi 4 aylıq təmirdən sonra açılıb - <span style="color: red;">FOTO
# 15 may 2013 13:30 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. SSRİ-nin qurucusu Vladimir İliç Leninin Qızıl Meydandakı mavzoleyi 4 aylıq təmirdən sonra açılıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Lenin mavzoleyi mayın 15-dən etibarən ziyarətçilərin üzünə açıq elan olunub.

Rusiya Federal Mühafizə Xidmətinin xüsusi nümayəndəsi Sergey Devyatov mavzoleyin bu gündən etibarən ziyarətçilərin üzünə açıq elan olunduğunu bildirib. Onun sözlərinə görə, keçən ilin dekabrından bu yana mavzoleydə təmir-bərpa işləri aparılıb: “Aprel ayının sonunda artıq mavzoley hazır idi. Lakin 9 may paradı ilə bağlı mavzoleyin açılışı bir az gecikdi”.

S.Devyatov mavzoleyin iç hissəsində təmir-bərpa işlərinin aparılmadığını söyləyib: “Yalnız binanın bünövrə hissəsində təmir aparılıb. Bünövrə bərkidilib. Təmir zamanı Leninin mumiyalanmış cəsədi binadan çıxarılmayıb. Təmirdən sonra mavzoley tarixi rənginə qovuşub”.

Qeyd edək ki, Lenin mavzoleyi 1930-cu ildə inşa edilib. Mavzoleydə ilk dəfə təmir-bərpa işləri 1970-ci ildə aparılıb. Rusiya cəmiyyətində Leninin nəşinin dəfn olunub-olunmaması ilə bağlı mübahisələr gedir. Rusiya prezidenti Vladimir Putin isə Leninin dəfn olunmayacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR