Azərbaycan və Niderland əmək və sosial müdafiə sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib - FOTO

Azərbaycan və Niderland əmək və sosial müdafiə sahəsində əməkdaşlıq perspektivlərini  müzakirə edib - <span style="color: red;">FOTO
# 25 aprel 2014 10:18 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkəmizdə səfərdə olan Niderland Krallığı Senatının üzvü Rene Van der Lindeni və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, Azərbaycanın son on ildə 3,2 dəfə iqtisadi artıma nail olduğunu qeyd edən nazir bu dövrdə qeyri-neft sektorunun 2,6 dəfə artdığını, həmçinin respublikada 900 mini daimi olmaqla 1,2 mln. çox yeni iş yerinin, 55,6 min müəssisənin yaradıldığını bildirib.

Nazir uğurlu sosial-iqtisadi inkişaf proseslərinin eyni zamanda yoxsulluğun 5,3%-ə enməsi ilə nəticələndiyini, BMT İnkişaf Proqramının 2013-cü ilə dair “İnsan İnkişafı Hesabatı”na əsasən, Azərbaycanın insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında ilk yerə layiq görüldüyünü bildirib.

“Əmək və sosial müdafiə sahəsində ayrı-ayrı ölkələrlə əməkdaşlıq, qarşılıqlı təcrübə mübadiləsi bizim üçün əsas fəaliyyət prinsipidir. Azərbaycanla Niderland Krallığı arasında siyasi, iqtisadi və digər sahələrdə daim inkişaf edən əlaqələr əmək və sosial müdafiə sahəsində də fəal əməkdaşlığa şərait yaradır”, - deyə S. Müslümov bildirib.

Rene Van der Linden Azərbaycanda, bütün sahələrdə olduğu kimi, rifah səviyyəsinin yüksəldilməsi sahəsində də aparılan uğurlu işlərin ölkəsi tərəfindən maraqla izlənildiyini və iki ölkə arasında əməkdaşlıq əlaqələrinin qeyd edilən sahələr üzrə də genişləndirilməsinin məqsədyönlü olduğunu vurğulayıb.

Görüşdə Azərbaycanla Niderland Krallığı arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR