“Bakı” klubunun bolqarıstanlı futbolçuya 78 min dollar borcu qalıb

“Bakı” klubunun bolqarıstanlı futbolçuya 78 min dollar borcu qalıb
# 08 may 2014 15:11 (UTC +04:00)

Bakı – APA. “Bakı” klubunun bolqarıstanlı futbolçu Aleksandr Tomovskiyə olan borcunun məbləği müəyyənləşib. Bu barədə apasport.az saytına 35 yaşlı müdafiəçinin vəkili Georgi Qradev məlumat verib.

Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Yığıncaqda komissiya “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları”nın 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra yekun qərar verib. Həmin qərarlardan biri də “Bakı” klubuna lisenziyanın verilməməyi olub. Bu səbəbdən komanda avrokuboklarda oynamaq hüququnu itirib.

Klubun icraçı-direktoru Yaşar Seyidov əməkdaşımızla söhbətində həqiqətən də Tomovskiyə olan borca görə komandaya lisenziya verilmədiyini bildirsə də, borcun məbləğini açıqlamamışdı.

Qradev isə əməkdaşımızla söhbətində bildirib ki, “Bakı”nın sabiq futbolçusuna 78 min dollar borcu var.

Xatırladaq ki, Aleksandr Tomovski 2008/09 mövsümündə “Bakı”da forma geyinib. Hazırda “Beroe”nin məşqçisi postunda çalışan Aleksandr o vaxtdan pulunu ala bilmədiyindən FİFA-ya şikayət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR