Bakıda mәcburi köçkünlәrin məskunlaşdığı ərazidə güclü yanğın baş verib - YENİLƏNİB-2 - FOTOSESSİYA - VİDEO

Bakıda mәcburi köçkünlәrin məskunlaşdığı ərazidə güclü yanğın baş verib - <span style="color: red;">YENİLƏNİB-2  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 25 dekabr 2013 01:24 (UTC +04:00)

APA-nın məlumatına görə, yanğın nəticəsində mәcburi köçkünlərin ərazidə taxtadan inşa etdiyi 30-dək ev yanıb.

Yanğın nəticəsində yüngül xəsarət almış bir neçə şəxsə hadisə yerində ilkin tibbi yardım göstərilib.

İlkin ehtimala görə, yanğına səbəb elektrik xәtlәrindә qısaqapanma sәbәb olub.

**** 03.54

Bakı. Mahir Məmmədli-APA. Bakı Humanitar Kollecinin yataqxanasının qarşısında mәcburi köçkünlәrin inşa etdiyi taxta evlәrdә yanğın başlayıb. APA-nın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, əraziyә çoxlu sayda yanğınsöndürmә vә tәcili tibbi yardım briqadası cәlb edilib.

Məlumata görə, yanğın nəticəsində mәcburi köçkünlərin taxtadan inşa etdiyi 30-dək ev yanıb. Yanğın bu dәqiqәlәrdә davam edir. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Yanğına elektrik xәtlәrindә qısaqapanmanın sәbәb olduğu ehtimal edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR