Aktauda Qazaxıstan-Azərbaycan biznes forumu keçiriləcək

Aktauda Qazaxıstan-Azərbaycan biznes forumu keçiriləcək
# 18 iyun 2014 13:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ayın sonunda Qazaxıstan-Azərbaycan biznes forumu keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (Azpromo) “APA-Economics”ə verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azpromo-nun təşkilatçılığı ilə iyunun 28-də Qazaxıstanın Aktau şəhərində Qazaxıstan-Azərbaycan biznes forumunun keçirilməsi nəzərdə tutulur.

Səfər Azərbaycan iş adamlarına Qazaxıstanda tərəfdaş tapmaq və ölkəmizdə istehsal olunan məhsulların ixracının genişləndirilməsi məqsədilə həyata keçirilir.

Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak etməkdə maraqlı olanlar və tədbirdə şirkətini təmsil edəcək şəxslər Azpromo-ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR