Draytulinq üzrə ilk Respublika Çempionatına start verilib - FOTO

Draytulinq üzrə ilk Respublika Çempionatına start verilib - <span style="color: red;">FOTO
# 14 dekabr 2013 10:57 (UTC +04:00)

Bakı – APA. Bu gün “ClimBaku” İdman Dırmanma Mərkəzində Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı ilə keçirilən Draytulinq üzrə ilk Respublika Çempionatına start verildi.

Federasiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çempionatın bu gün keçirilən təsnifat yarışında FAİREX-in Azərbaycanın müxtəlif bölgələrindən olan 40-dan çox idman klubunun (“Qərb Universiteti”, “AMEAST”, “A+A”, “Ekosport”, “Murov”, “FHN İdman Klubu”, “Salavat”, “Zirvə”, “Şahdağ”, “Yanardağ”, “Rock Stone”, “Babadağ”, “Qaya Qartalları”, “Mauntain Bee”, “Tanrıdağ”, “Gəncə”, “Daşkəsən”, “Kəmər Qaya”, “Nuxa”, “Gənclik”, “Macəra”, “Skautlar”, “İrəli”, “Memarlıq Akademiyası”, “Texniki Universitet”, “Qafqaz”, “Simurq”, “Kəpəz”, “Gömrük”, “Extralife”, “Kyanit”, “Şəki AMA” və s.) 160-dan artıq idmançısı qüvvələrini sınayır. Yarış qızlar, oğlanlar və komandalar arasında keçirilir.

Çempionatın keçirilməsində əsas məqsəd ölkənin ən güclü idmançılarını müəyyənləşdirərək beynəlxalq yarışlarda respublikanı təmsil edəcək milli komanda formalaşdırmaqdır.

Çempionat iki gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR