Səfir: İsrail Azәrbaycanın әrazi bötövlüyünü dәstәklәyir

Səfir: İsrail Azәrbaycanın әrazi bötövlüyünü dәstәklәyir
# 02 aprel 2015 17:49 (UTC +04:00)

APA-nın mәlumatına görә, bu sözlәri İsrailin Azәrbaycandakı sәfiri Rafael Harpaz Dağlıq Qarabağda keçirilәn qondarma "parlament seçkilәri" ilә bağlı suala cavabında deyib.

O, ölkәsinin münaqişәnin sülh yolu ilә hәllinә tәrәfdar olduğunu bәyan edib: "Biz Orta Şәrqdәki tәcrübәlәrimizә әsaslanırıq. Biz münaqişәnin sülh yolu ilә hәll olunmasını istәyir vә buna ümid edirik. Hesab edirik ki, bu әn yaxşı üsuldur. Biz ATӘT-in Minsk qrupunun sülhә nail olmaq istiqamәtindәki sәylәrini dәstәklәyirik. İsrail Azәrbaycanın әrazi bötövlüyünü dәstәklәyir. Xarici işlәr naziri Aviqdor Liberman da burada olarkәn bunu tәsdiq edib".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR