“İqtisadçı” Kuba yığmasının voleybolçusu ilə 1 ay müddətinə müqavilə bağlayıb

“İqtisadçı” Kuba yığmasının voleybolçusu ilə 1 ay müddətinə müqavilə bağlayıb
# 03 aprel 2013 14:05 (UTC +04:00)

Bakı – APA. “İqtisadçı” voleybol klubu yeni transfer reallaşdırıb. Apasport.az saytının xəbərinə görə, universitet komandası Kuba yığmasının sabiq 2-ci zona voleybolçusu Daimi Ramires Eçevarria ilə anlaşıb.

30 yaşlı şimali amerikalı mövsümün sonuna kimi “İqtisadçı”nın şərəfini qoruyacaq. O, bu ili Braziliyanın “Amil Kampinas” klubunda keçirib. Daha doğrusu, komandası pley-off mərhələsində uduzduqdan sonra sərbəst oyunçu statusu ilə “İqtisadçı”ya gəlib.

Panamerika Oyunlarının və Kubokunun çempionu (2007) olan Eçevarria 2004-cü ildə Afina Olimpiadasının bürünc medalını qazanıb. O, həmçinin 2008-ci ildə dünya Qran-prisinin finalında oynayıb və yarışın ən yaxşı hücumçusu seçilib.

Qeyd edək ki, Azərbaycan Super Liqasının aprelin sonuna kimi yekunlaşmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR