Bank Of Baku

AK rəsmisi: Azərbaycandan Avropaya nəql edilən qazın artırılması istiqamətində işlər davam etdirilir

Avropa Komissiyasının Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin enerji üzrə Baş Direktoru Kristina Lobillo Borrero

© APA | Avropa Komissiyasının Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin enerji üzrə Baş Direktoru Kristina Lobillo Borrero

# 05 iyun 2024 10:35 (UTC +04:00)

Azərbaycandan Avropaya qaz axını 2020-ci ilin axırlarında Cənub Qaz Dəhlizi vasitəsilə başladı. 2021-ci ildən etibarən Azərbaycanın Avropaya qaz təchizatı 40 faizdən çox artdı ki, məhz bu amil / rəqəm enerji böhranının səbəb ola biləcəyi pis nəticələrdən qurtulmaqda, Rusiya yanacağından aslılıqdan uzaqlaşmaqda və enerji diversifikasiyasında bizim üçün faydalı oldu.

"APA-Economics"in verdiyi xəbərə görə, bunu Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Bakı Enerji Forumunda çıxışı zamanı Avropa Komissiyasının Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin enerji üzrə Baş Direktoru Kristina Lobillo Borrero deyib.

Onun sözlərinə görə, enerji böhranı Rusiya-Ukrayna münaqişəsi fonunda yer alıb. Bunu nəzərə alaraq, qaz təchizatı istiqamətlərini şaxələndirmək çox vacibdir.

Kristina Lobillo Borreronun qeyd etdi ki, qaz tədarükü məsələsində Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır. Hazırda Azərbaycandan Avropaya nəql edilən qazın illik 20 mlrd. kubmetrdək artırılması istiqamətində işlər davam etdirilir.

Kristina Lobillo Borrero onu da əlavə etdi ki, qaz tədarükü ilə yanaşı Avropa İttifaqı Azərbaycan ilə enerji keçidi məsələsində də əməkdaşlıq edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR