Çili Mərkəzi Bankının keçmiş top meneceri üç qızını zorladığına görə 60 il həbs cəzasına məhkum edilib

Çili Mərkəzi Bankının keçmiş top meneceri üç qızını zorladığına görə 60 il həbs cəzasına məhkum edilib
# 21 aprel 2013 03:58 (UTC +04:00)

Bakı-APA. Çili Mərkəzi Bankının keçmiş top meneceri Enrike Orelyana üç qızını zorladığına görə 60 il həbs cəzasına məhkum edilib. APA-nın “BBC”rə istinadən verdiyi xəbərə görə, istintaqın araşdırmalarına əsasən, cinayət 2010-cu ildə ailəvi məzuniyyət zamanı törədilib.

O zaman zərərçəkənlərin yaşı 14-dən aşağı olub.

Məhkəmə Çili Mərkəzi Bankının keçmiş departament rəhbəri Orelyanaya qızları ilə təmasda olmağa qadağan edib. O həmçinin qızlarına və onların anasına 800 min dollar təzminat ödəməli olacaq.

Bundan başqa, ona ömürlük dövlət qurumlarında işləmək qadağan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR