Avropa Komissiyasının vitse-prezidenti Azərbaycana gələcək

 Avropa Komissiyasının vitse-prezidenti Azərbaycana gələcək
# 24 noyabr 2014 08:26 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Noyabrın 28-də Avropa Komissiyasının vitse-prezidenti, enerji məsələləri üzrə komissar Maroş Şevçoviç Azərbaycana gələcək. Bu barədə APA-ya Avropa İttifaqının Bakıdakı nümayəndəliyindən bildirilib.

Səfərin əsas məqsədi Cənub Qaz Dəhlizi ilə bağlı müzakirə aparılmasıdır. M. Şevçoviç noyabrın 26-da Qazaxıstana, daha sonra isə Azərbaycana səfər edəcək. Onun Azərbaycan rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR