Bakıda iki nəfər dəm qazından boğularaq ölüb

Bakıda iki nəfər dəm qazından boğularaq ölüb
# 14 mart 2013 07:16 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda iki nəfər dəm qazından boğularaq ölüb. APA-nın məlumatına görə, hadisələrdən biri Bakının Səbail rayonunda, Lermantov küçəsi ev-3, mənzil-11 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 55 yaşlı Obarey Gülnar Cabbar qızı yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Digər hadisə paytaxtın Z. Bünyadov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində baş verib. 1994-cü il təvəllüdlü Elmir Xuduyev dəm qazından boğularaq ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR