Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda 3 sığorta agentinin fəaliyyətinə verilmiş bəzi müddətsiz lisenziyalar ləğv edilib.
Dövlət Sığorta Nəzarəti Xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, Nicat Alxaszadə, Asiman Əliyev, Toğrul Hüseynova sığorta agenti fəaliyyətinə verilmiş müddətsiz lisenziyalar Azərbaycan Maliyyə Nazirliyinin müvafiq əmri ilə 21 avqust 2015-ci il tarixində ləğv edilib.