Sabah Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək

Sabah Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək
# 25 oktyabr 2014 11:40 (UTC +04:00)

Bakı - APA. Sabah Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək.

APA-nın xəbərinə görə, 450 yerlik Ali Radanın deputatlarının yarısı proporsional, yarısı isə majoritar qaydada seçiləcək.

Keçid baryerinin 5% təşkil edəcəyi seçkilərdə 29 siyasi partiya iştirak edəcək.

Onların arasında “Pyotr Poroşenkonun Bloku”, baş nazir Arseni Yatsenyuk və spiker Aleksandr Turçinovun başçılıq etdiyi Xalq Cəbhəsi, Oleq Lyaşkonun “Radikal Partiya”sı, Yuliya Timoşenkonun “Batkışina”sı da var.

Ukrayna Mərkəzi Seçki Komissiyasının sədri Mixail Oxendovski bildirib ki, yaranmış vəziyyətlə əlaqədar Donetsk vilayətindəki 21 dairədən 9-da və Luqansk vilayətindəki 11 dairədən 6-da seçkilər baş tutmayacaq. Bu isə 4,6 mln. seçicinin seçkidə iştirak edə bilməməsi deməkdir.

Seçkilərin nəticələrinin oktyabrın 29-30-da açıqlanacağı gözlənilir.

Deputatlığa namizədlər arasında azərbaycanlılar da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR