Qətldə təqsirləndirilən qardaşların hökmündən verilən apellyasiya şikayəti təmin edilməyib

Qətldə təqsirləndirilən qardaşların hökmündən verilən apellyasiya şikayəti təmin edilməyib
# 20 oktyabr 2014 10:41 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qətldə təqsirləndirilən Seymur və Murad Məmmədov qardaşları barəsində olan hökmdən zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, ötən il sentyabrın 2-də naməlum şəxs qəsəbə sakini Elçin Fərəcovun döş qəfəsinə ov tüfəngindən bir dəfə atəş açaraq onu yaralayıb. E. Fərəcov xəstəxanaya aparılarkən yolda ölüb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 3-də hadisənin törədilməsində şübhəli bilinən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Məmmədov Seymur Həmzə oğlu tutulub. İstintaq zamanı cinayət hadisəsində iştirak etməkdə şübhəli bilinən daha bir nəfər - Seymurun qardaşı Murad da saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Seymur Məmmədov 12 il, Murad Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmiş tərəfin nümayəndəsi isə apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR