«Emerson Process Management» şirkətinin Avropa üzrə prezidenti Bakı Ali Neft Məktəbində olub - FOTO

«Emerson Process Management» şirkətinin Avropa üzrə prezidenti Bakı Ali Neft Məktəbində olub - <span style="color: red;">FOTO
# 10 aprel 2015 08:26 (UTC +04:00)

Bakı-APA. «Emerson Process Management» şirkətinin Avropa üzrə prezidenti Royland Van Doren Bakı Ali Neft Məktəbində (BANM) olub və Ali Məktəbin rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə görüşüb. BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ali Məktəbin rektoru Elmar Qasımov 2014-cü ilin iyul ayının 8-də BANM və «Emerson Process Management» şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalandığını xatırladıb. Elmar Qasımov Royland Van Dorenin Ali Məktəbə səfər etməsinin ikitərəfli əməkdaşlığın inkişafına töhfə verəcəyini deyib. O, bu əməkdaşlığın proseslərin avtomatlaşdırılması sahəsində yüksək ixtisaslı mühəndislərin hazırlanmasına, korporativ təhsilə, ixtisasartırmaya, kadr ehtiyatlarının inkişafı kimi vəzifələri uğurla yerinə yetirməyə imkan verəcəyini bildirib.

Royland Van Doren dəvətə görə BANM-in rəhbərliyinə təşəkkürünü bildirib. O, tələbələri təmsil etdiyi şirkət haqqında ətraflı məlumatlandırıb.

Görüşdən sonra Royland Van Doren BANM-in tələbələri üçün “Liderlik – Təşkilati uğurlara aparan yol”, “Effektiv liderliyin əsasları”, “Çoxsahəli liderlik” mövzularında mühazirə ilə çıxış edib. O, tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırıb.

Sonda Royland Van Doren BANM-in “Fəxri qonaq" diplomu ilə təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR