Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 İyul

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 8 İyul
# 08 iyul 2016 18:15 (UTC +04:00)

YORUM

Varşava sammitin gündəliyində həm NATO, həm də Avropa İttifaqının yeni çağırış və perspektivləri ilə bağlı məsələlər prioritetdir. Zirvə görüşü öncəsi Avropa İttifaqının təhlükəsizlik strategiyası da açıqlanıb ki, sənədin əsasını Rusiyanın ittifaq üçün strateji təhlükə kimi nəzərdən keçirilməsi təşkil edir. NATO-nun bu istiqamətdəki qərarı nə olacaq? Rusiya yenidən qurum üçün təhlükə elan ediləcək, eyni zamanda bu ölkə yalnız sıradan bir təhlükə olaraq nəzərdən keçirilməyəcək.

Hər halda, sammit öncəsi analitik mərkəzlərin ekspertləri tərəfindən alyansla sıx əməkdaşlıq şəraitində hazırlanan bir sıra məsləhət xarakterli sənədlərdə Rusiya ilə münasibətlərin, o cümlədən sanksiyaların daha da sərtləşdirilməsi, NATO-nun müdafiə qabiliyyətinin gücləndirilməsi, habelə Baltikyanı və Qara dəniz bölgəsi də daxil olmaqla, Şərqi Avropa regionunda əlavə qüvvələrin yerləşdirilməsi vacib hesab edilib. Yuxarıda göstərilən tezislərlə bağlı hansı qərarların veriləcəyi isə yaxın iki gün ərzində məlum olacaq.

Bununla belə, bu qərarların Avropanın təhlükəsizlik sistemində dönüş yarada biləcəyi ehtimalı yüksəkdir. Öz növbəsində Rusiya da atılacaq istənilən addıma qarşı cavab tədbirləri görməyə hazır olduğunu bəyan edib. Hətta Varşava sammiti gözlənilməz fakt və vəziyyətlərə gətirib çıxarmasa belə, bu tədbirin böyük geosiyasi qarşıdurmalar üçün yeni bir epizodun olacağı heç kimdə şübhə doğurmur...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR